Muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 332 milyon 990 min ABŞ dollarından çox olub
Noyabr 02
00:47
2016
Cari ilin doqquz ayında muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 332 milyon 998 min ABŞ dolları olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bir il öncəyə nisbətdə ixracın həcmi 1,9 faiz artaraq 302 milyon 100 min
ABŞ dolları, idxalın həcmi isə 31,6 faiz azalaraq 30 milyon 898 min ABŞ dolları təşkil edib. Nəticədə 271 milyon 202 min ABŞ dolları həcmində müsbət saldo yaranıb.
Qeyd edək ki, xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi əhəmiyyətli rol oynayır.
Məhz aktiv xarici ticarət hesabına əldə olunan müsbət saldo ölkənin valyuta ehtiyatlarının artmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına şərait yaradır. Naxçıvan Muxtar Respublikasında da daxili imkanlar hesabına iqtisadiyyatın şaxələndirilməsi regionun ixrac imkanlarını artırıb. Xüsusilə yerli istehsalın həcminin ilbəil artması xarici ticarət əlaqələrinin genişlənməsinə öz töhfəsini verir.
Qlobal.az