SON XƏBƏR

Muxtar Babayevin diqqətinə: Direktor işçiləri tapşırıqla mükafatlandırıb (VİDEO)

İyul 21
09:52 2023
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində işçilərin mükafatlandırılması prosesi böyük narazılığa səbəb olub.

AzToday.az-a daxil olan məlumatlara görə, mərkəzin direktoru Nəsimi Nəsibovun özünə yaxın olan inzibati işçilərə mükafat yazması idarədə gərginliklə müşahidə olub.

İddialara görə, Nəsimi Nəsibov işçilərə mükafatlandırılma prosesini Meşələrin İnkişafı Xidmətindən edilən tapşırıq əsasında həyata keçirildiyini deyib. Direktorun sözlərinə inansaq, Yardımlı rayonu üzrə mühafizə mühəndisi Əlipaşa Əhədovu Xidmət rəisi Cabbar Qəribovun müavini Füzuli Məmmədovun tapşırığı ilə mükafatlandırıb: Mərkəzin hüquqşünasını Meşələrin İnkişafı Xidmətinin Ülvi adlı hüquqşünas, kadrlar şöbəsinin Elgun adlı müdirini isə Cabbar Qəribovun kadrlar şöbəsinin müdiri Gülnaz xanım tapşırıb.
Şikayətlərdə bildirilir ki, Əlipaşa Əhədovun səlahiyyət sahəsinə daxil olan meşələrdə kütləvi qırıntılar olduğuna görə, ona heç bir halda mükafat yazılmamalı idi. Əksinə, barəsində hüquqi tədbirlər görülməliydi. Eləcə də, qışda isti, yayda isə kondisionerli otaqlarda oturan kadrlar şöbəsinini müdiri ilə hüquqşünasa mükafat yazdırılması məntiqə uyğun deyil. Çünki sahələrdə işləyən gözətçilər, fəhlələr və s. cüzi maaşlarla gecə-gündüz çalışırlar…

İşçilər Masalllı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru ilə bağlı nazir Muxtar Babayevə şikayət edərək bildirirlər ki, Nəsimi Nəsibovun direktoru olduğu müddət yoxlanılmalıdır. Barəsində ən sərt hüquqi ölçülər götürülməlidir. Çünki onun direktor olduğu müddətdə meşələrdən ancaq və ancaq merkantil məqsədləri üçün istifadə edib.

Bu arada məlum olub ki, Göytəpə meşəbəyiliyinin 12 saylı dolayında olan 1000 kub metrdən çox meşə meşə torpaqları son 3 gün ərzində satılıb. Cəlilabad rayonunun Ağdaş kənd sakinlərinin mediaya verdiyi məlumata görə, Nəsimi Nəsibov torpaqları tanınmış şirkətlərdən birinə qazdırıb satdırır…

Səslənən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook