SON XƏBƏR

Muxtar Babayevin atesstasiya oyununun pərdəarxası məqamları

Noyabr 17
15:34 2023
Redakdiyamıza bir qrup 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 15.11.2023-cü il tarixdə Meşələrin Inkişafı Xidməti tərəfindən keçirilən attestasiyada iştirak etmiş işçiləri tərəfindən müraciət:

"Biz uzun illərin təcrübəli məşəçiləriyik, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu meşə sənətin bizə çox görüb, bizi işdən çıxartmaq istəyir.

Ekologiya Nazirliyi bir qrup "mafiyoz"un əlində oyun-oyuncağa çevirilib.

Attestasiya imtahanına ağır suallar salınır, hansıkı o sualların əksəriyyətini bizim ixtisasımızla heç bir əlaqəsi yoxdur.
Görünür burda məqsəd lazım olan işçiləri vurub işdən çıxartmaqdır.

Bizə çatan məlumatlara görə, hələ bu azmış kimi, rəhbərliydən attestasiyada komissiya qismində iştirak edən üzvlərə "kimin keçəcəyinin" siyahısı verilmişdi və onlar da öz saxtakarlığın etdilər.

Necə olurki 20 ilin təcrübəli meşəçiləri 10-20 bal toplayır, bir il ərzində gəlib işləyib ağac cinslərin tanımayan işçilər isə 30 və 40 baldan çox.

Bu həqiqətəndə biyabırçılıqdır.

Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Mənbə: Nyus.Az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook