SON XƏBƏR

Muxtar Babayevdən islahat: Rəisi işdən çıxardı (FOTO)

Fevral 06
11:03 2023
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) kadr dəyişikliyi olub.

Qlobal.az-ın "Unikal"a istinadən məlumatına görə, nazir Muxtar Babayevin əmrinə əsasən Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov vəzifəsindən azad edilib.

Onun yerinə isə Cabbar Qəribov təyin olunub.
 
Qeyd edək ki, Xalıqverdi Hüseynov mediada adı tez-tez qalmaqallarda hallanan məmurlardan olub. 
 
Onun vəzifədən uzaqlaşdırılmasına səbəb kimi fəaliyyəti barədə neqativ halların olması istisna edilmir. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook