"Müvəqqəti atəşkəs Rusiyanın xeyrinə olacaq" - ABŞ İnstitutu
Avqust 18
09:30
2023
"Ukraynada müvəqqəti atəşkəs Rusiyanın xeyrinə olacaq”.
"Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
"Həmçinin Ukraynaya Qərbin dəstəyi azala bilər”.
Qeyd olunub ki, Rusiya İrandan aldığı "Shahed” pilotsuz uçuş aparatlarının (PUA) keyfiyyətindən narazıdır:
"Buna baxmayaraq, Moskva Tehranı uzunmüddətli strateji tərəfdaş kimi saxlamaq istəyir. İran Rusiyaya "Shahed”ləri təmin etməklə bu dövlət üzərində üstünlüyü təmin etməyə çalışmış ola bilər”.