SON XƏBƏR

Müşviq Rəhimov mühafizə rəisinə pul yığdırır- "XƏZƏR PALACE"-də

Fevral 26
11:52 2016
Azərbaycanda bəzi yüksək və orta ranqlı məmurların böyük kapitallara, mülklərə, biznes obyektlərinə sahib olduqları artıq heç kəsə sirr deyil. Ölkə mətbuatında neçə illərdir ki, müntəzəm olaraq faktlarla bu barədə yazılır. Aylıq məvacibləri 400-1300 manat olan bu məmurların milyonlara necə sahib olduqları barədə respublikanın ali hakimiyyətinin də xəbəri vardır.
 
Ölkə rəhbəri İlham Əliyev dəfələrlə çıxışlarında bu məsələyə toxunaraq narahatçılığını ifadə etmiş və bu cür məmurların barəsində ciddi tədbir görüləcəyini bəyan etmişdir. Aylıq maaşı 1000 manat olan, ancaq kapitalı milyonla ölçülən bu cür orta ranqlı məmurlardan biri də Dövlət Yol Polisinin İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimovdur.
 
Məlum olduğu kimi ölkə ictimaiyyətində və mətbuatında "məşhur” sima olan Müşviq Rəhimov Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində xəzər dənizinin sahilinə bitişik "Xəzər Palase” otel-restoranın sahibidir. İki il müddətinə başa gətirilən bu otelə deyilənlərə görə 4 milyon dollardan çox vəsait xərclənib.
 
BDYPİ-nin şöbə rəisinin bu qədər imkana sahib olması isə gizli məsələ deyil. Çünki ölkə üzrə bütün dövlət nömrə nişanlarının satışı məhz Rəhimovun əlindədir.
Qeyd edək ki, Müşfiq Rəhimov rəhbərlik etdiyi şöbədə əsasən dövlət nömrə nişanlarının satışı ilə məşğul olur. Dövlət rüsumu 18 manat olan bəzi nömrələr var ki, onların qiyməti şöbə rəisinin yanında 18-20 min manat dəyərindədir. Bildirir ki, nömrə satışlarını Müşfiq Rəhimov birbaşa həyata keçirmir. Onun köməkçisi olan xalası oğlu Aydın adlı şəxs bütün işləri reallaşdırır, müştəri tapır, nömrə satır və sairə. (qeyd edək ki, Müşviq Rəhimovun digər xalası oğlu milli məclisin üzvü Hadı Rəcəblidir) Yəni, vətəndaş avtomobilinə dövlət nömrə nişanı almaq istəyirsə, bunun üçün birbaşa Rəhimovun qəbuluna girməyə gərək yoxdur.
 

 
Qlobal.az-ın əldə etdiyi informasiyaya görə, Müşviq Rəhimovun başı üzərində "qara buludlar” görünməkdədir.
 
Belə ki, əvvəllər MTN-nin "şanlı” generalı Akif Çovdarovun xüsusi "spisokunda” olan, hər ayı yüz min manata oturan Rəhimov artıq dalana dirənib. Tabeçiliyində olan idarədə xüsusi xidmətin nəzarəti altında başladılan ciddi maliyyə yoxlamaları və digər araşdırmalar Rəhimovun vəzifəsi ilə vidalaşacağı günün heç də uzaqda olmadığına şübhə yeri qoymur.
 
Mənbəmizin xəbər verir ki, Rəhimov məhz vəzifədən uzaqlaşdırılacağının əminliyinə görə Lənkəran rayonunda yerləşən "Xəzər Palase”-nin yanında yeni inşa etdirdiyi fontan-restoranın tikintisinin yarımçıq saxladıb. Hətta iddia olunur ki, Rəhimov "Xəzər Palase”də işlətdiyi fəhlələrin son ayının maaşlarını ödəyə bilmir. Verilən digər məlumat isə doğrudan da Müşviq Rəhimovun vəziyyətinin daha acınacaqlı olduğundan xəbər verir.
 
Məlumata görə, "Xəzər Palase”-nin mühafizə xidmətinin əməkdaşlarından hər ay 20- 50 manat arası pul kəsilir. Rəhbərlik tərəfindən maaşların kəsilməyinin səbəbi soruşulduqda isə mühafizə əməkdaşlarına işlərində yol verdikləri nöqsan göstərilir. Ancaq mənbəmiz iddia edir ki, buna səbəb işçilərin yol verdikləri "nöqsanlar” yox, Rəhimovun restorandakı kadrlarının tamahkarlığıdır.
 
Daha sonra mənbə qeyd edir ki, "Xəzər Palase”nin yerli rəhbərliyi (müdir və mühafizə rəisi) Mais və Səbuhi adlı şəxslər hər 3-4 aydan bir işçiləri müəyyən bəhanələrlə işdən kənarlaşdırır, 150-200 manat qarşılığında yenilərini işə qəbul edirlər. Ancaq mənbəmiz bunu da qeyd etdi ki, çox güman ki, baş verənlərdən Müşviq Rəhimovun xəbəri yoxdu. Yəni Rəhimovovun işçisinin 20-50 manatına göz dikəcəyi qədər müflisləşməyi inandırıcı görünmür.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook