Mustafa Tayatla xanımı üz-üzə - Bakıda 300 minlik ev davası
Aprel 05
14:52
2023
Azərbaycanda tanınmış geyim mağazalarının sahibi Mustafa Tayatla həyat yoldaşı Suzana Tayat arasında əmlak bölgüsünə görə mübahisə yaşanıb, tərəflər bir-birini məhkəməyə veriblər.
O iddia edib ki, boşanma ərəfəsində əri təcili olaraq mənzili dostu Ahmet Tanyıldıza satıb. Qadın deyib ki, Mustafa Tayatın əsas məqsədi rəsmiyyətdə adına daşınmaz əmlakın olmamasını təmin etmək, bununla da həmin mənzili tərəflərin birgə mülkiyyəti kateqoriyasından çıxarmaq olub. Suzana Tayat bu səbəbdən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini istəyib.
Nərimanov Məhkəməsi iddianı qismən təmin edib. Belə ki, Mustafa Tayatdan 300 min manata satılmış mənzilinin dəyərinin 50 faizi - yəni 150 min manatın tutularaq arvadına ödənilməsi barədə qərar çıxarılıb.
Lakin hər iki tərəf qətnamədən narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Suzana Tayat evin daha baha qiymətə olduğunu, daha çox pul ödənilməli olduğunu bildirib. Mustafa Tayat isə qeyd edib ki, ev ipoteka krediti ilə alınıb və o evi sataraq krediti bağlayıb. Buna görə də qətnamənin ləğvini tələb edib.
Qeyd edək ki, M.Tayat Azərbaycana 2008-ci ildə gəlib və burada öz adını daşıyan mağazalar şəbəkəsi qurub. 10-dan çox mağaza açıb. Zaman-zaman adı qalmaqallarda hallanıb.
Qlobal.az