Mustafa Şentopla Sahibə Qafarova arasında telefon danışığı olub
May 04
02:54
2022
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla Milli Məclisin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.
Bu barədə "Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Şentop Azərbaycan xalqını və həmkarını Ramazan bayramı münasibətilə təbrik edib, bayramın İslam dünyasına və bütün bəşəriyyətə sağlamlıq, əmin-amanlıq, sülh və əmin-amanlıq gətirməsini arzulayıb.
Telefon danışığında ikitərəfli əlaqələr, regional və son siyasi hadisələr müzakirə edilib, qarşılıqlı bayram təbrikləri səsləndirilib.
Türkiyə və Azərbaycan parlamentləri rəhbərlərinin telefon danışığında regional hadisələrlə yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) may ayında Azərbaycanda keçiriləcək toplantısına da toxunublar.



