Müslüm Moqamayevin 75 illiyi Dövlət Kreml Sarayında qeyd ediləcək
Aprel 13
20:38
2017
Mayın 31-də Dövlət Kreml Sarayında Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilən "Sənsiz nəğmə yoxdur” adlı konsert proqramı təqdim ediləcək. Konsert "Rus filarmoniyası” Moskva simfonik orkestri və "XXI əsrin tenorları” art-layihəsinin birgə proqramı əsasında reallaşacaq.
Konsertdə Dmitri Yurovskinin dirijorluğu ilə "Rus filarmoniyası” Moskva simfonik orkestri, habelə Rusiya Dövlət Akademik Böyük Teatrının, K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının, Y.Kolobov adına Yeni Opera Moskva Teatrının, Almaniyanın Leypsiq Opera Teatrının solistləri çıxış edəcəklər. Konsertin xüsusi qonağı Vasilisa Berjanskaya (metso-soprano) olacaq.
Xəbəri kremlin saytı yayıb.