SON XƏBƏR

Musiqili Teatrın həftəsonu repertuarı

Aprel 14
15:33 2016
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq.
 
Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 15, 16, 17 aprel tarixlərində saat 12.00, 16.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "O olmasın, bu olsun” (Ü. Hacıbəyli), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), "Qızıl toy” (O. Kazımi, R. Heydər), "Yatmış gözəl və cırtdanlar” (Ş. Pero) və "Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev) tamaşalarından gedir.
 
Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Əməkdar artistlər Şövqi Hüseynov, Svetlana Bulax, Novruz Qartal, Naidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Marina Litvinenko, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Rauf Babayev, Nadejda Povelitsina, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Elçin İmanov, Elməddin Dadaşov, Elnarə Nağdəliyeva, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Həbibov, Zarina Qurbanova və başqalarının ifalarını izləyə biləcəklər. Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca və rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 16 aprel saat 12.00-da R. Şəfəq və V. Ziminin "Yağış göbələyinin macərası” əsəri rus dilində, 17 aprel saat 12.00-da Ş. Peronun (səhnələşdirəni A. Sadıqov) "Yatmış gözəl və cırtdanlar” tamaşası isə Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq.
 
Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonunu səmərəli keçirmək istəyən və həftəni xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir.
 
Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook