SON XƏBƏR

Musiqili Teatrda “Dəcəl çəpişlər” - Sabah

Fevral 19
14:22 2016
Azərbaycan Dövlət Musiqili Teatrında müəllifləri O. Zülfüqarov və R. Heydər olan "Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası 65-ci dəfə nümayiş olunacaq. Balaca tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 16 may 2015-ci ildə keçirilib.
 
"Dəcəl çəpişlər”in 65-ci nümayişi isə 20 fevral tarixində saat 12.00-da baş tutacaq. "Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası Azərbaycanın əbədiyaşar sənətkarlarından biri olan Mikayıl Müşfiqin məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Bir sıra yeni obrazların, qəhrəmanların əlavə olunduğu səhnə əsərinin yaradıcı heyyəti əsasən gənclərdən ibarətdir. Premyerasından bəri bütün seansları demək olar ki, anşlaqla keçən tamaşa hər dəfə uşaqların böyük marağına səbəb olur.
 
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur. Tamaşada rolları Güldanə Əzimova, Elçin İmanov, Gülnarə Abdullayeva, Şaban Cəfərov, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Fərid Rzayev, Elnarə Nağdəliyeva, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Gülçöhrə Abdullayeva və Elməddin Dadaşov ifa edirlər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook