SON XƏBƏR

Müşfiq Abbasov həbs edildi

Fevral 23
19:24 2026
Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov inzibati qaydada həbs olunub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, vətəndaş Abbasov Müşfiq Elman oğlu barəsində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 23.02.2026-cı il tarixli qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook