"Müsəlmanlar amerikalılara nifrət edir"
Mart 11
13:43
2016
ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp deyib ki, müsəlmanlara qarşı işlətdiyi sözlərdən imtina etmək fikrində olmadığını bildirib.
Avropa.info xəbər verir ki, o, mövqeyini müsəlmanların amerikalılara nifrət etməsi ilə əlaqələndirib. "Bəyanatlarınız İslam dininə inanan 1,6 milyard nəfəri də əhatə edirmi? " – sualına "Mən onların çox olması haqda danışıram” – cavabı verib.
Trampın seçki rəqibi, Floridadan olan senator Marko Rubio onu dini zəmində nifrəti alışdırmaqda ittiham edib. Rubio deyib ki, prezidentliyə namizəd "ağzına gələnə danışa bilməz, belə ki, bunun pis nəticələri ola bilər”.
Tramp isə rəqibini həddən ziyadə politkorrekt olmaqda ittiham edib.
Qlobal.az



