Müsavatın Məclis üzvü təhdid olunur
Avqust 17
00:16
2016
Müsavat Partiyası Masallı rayon təşkilatının fəalı, Müsavat Məclisinin üzvü Rüfət Baxışbəyli hakimiyyətin yerli məmurları tərəfindən təqib və təzyiqə məruz qalıb. Bu barədə Rüfət Baxışbəyli "Basta” ya verdiyi məlumatında deyib.
Rüfət Baxışbəylinin dediyinə görə, ona təzyiq olunmasına səbəb Müsavat Partiyasının yaratdığı "Respublika” təşviqat qrupununn imzatoplama kompaniyasındakı aktiv fəaliyyətidir.
"Hakimiyyətin "Respublika” təşviqat qrupunun imzatoplama kampaniyasından narahatçılığı davam edir…
Mənim imza toplamağımdan Masallı İH-nin şöbə müdüri Nəsir Muxtarlı yeni "xəbər tutub” və evimə bir-birinin ardınca iki "elçi” göndərib. İmzanı nə üçün topladığımı, "Republika” təşviqat qrupunun müdafiəsi üçün MSK-nın rəsmi imza vərəqlərilə vətəndaşlardan imza aldığımı, özümün Müsavat Məclisinin üzvü, partiyanın rəsmi saytının əməkdaşı olduğumu, partiyanın da Ədliyyə Nazirliyindən keçmiş siyasi təşkilat olduğunu bildirsəm də, xeyri olmayıb, ikinci "elçi”ni göndərib.
İkinci "elçi”yə həm də imzaları artıq aldığımı və imza vərəqəlrini Mərkəzi Seçki qərargahına göndərdiyimi bildirdikdən sonra birinci "elçi”yə dediklərimi bir daha təkrar etdim və bunu həmin Nəsir Muxtarlıya bir daha çatdırmağı istədim. Sonda "elçi” Nəsir Muxtarlının ondan mənə farağat oturmağımı çatdırmağını istədiyini dedi və getdi. Məsələ belədi.

Yəqin ki, sabah mənim ardımca artıq "paqonlu elçi” gələcək…” – deyərək Rüfət Baxışbəyli əlavə edib. (Bastainfo.com)
Qlobal.az