Müsavatın antiböhran paketi məsxərəyə qoyuldu...
Yanvar 10
13:58
2016
ADR Hərəkatınıln üzvü, keçmiş müsavatçı İsmayıl Kəsəmənli Müsavatın hökümətə təklif etdiyi antiböhran paketindəki bəzi məqamları məsxərəyə qoyub.
Fikirlərini yazaraq Moderator.az-a göndərən İ. Kəsəmənli hamılıqla bu paketə "əhsən" deyilməsini təklif edir:
"Musavat Anti-bohran proqrami qebul edib. Gülməli fikirlər var. Diqqət edin.
Yerli istehsal sahələrinin, o cümlədən neft emalı, spirtli içki, siqaret, su istehsalı və s. sahələrin inkişaf etdirilməsi;
Bunların önəm verdiyi yerli istehsal sahəsinə baxın. spirtli içki, siqaret. su istehsalı, neft hasilatı və qiyməti aşağı düşdüyü halda neft emalı...
Yazırlar ki, Aqrar sektorun inkişafı və rentabelliliyinin təmin edilməsi məqsədilə uzunmüddətli vergi güzəştləri tətbiq olunmalıdır. Bilmirlər ki, aqrar sektor, kənd təsərrüfatı istehsalçıları umumiyyətlə vergidən azaddırlar, yalnız torpaq vergisi ödəyirlər.
Cümləyə baxın, mən heç nə başa düşmədim, siz oxuyun görün nəsə anlaya bilərsinizmi:
"Xarici valyuta ilə sənədləşdirilmiş bank kreditlərinin məzənnə fərqi ucbatından borcluların ödəmə qabiliyyətlərinin sərhədlərini aşan xərclər ölkənin maliyyə vəziyyəti üzrə birbaşa məsuliyyət daşıyan hökümət – Mərkəzi Bank tərəfindən kompensasiya edilməsi;" Hamılıqla "Əhsən" deyək belə iqtisadi terminologiyaya..."



