SON XƏBƏR

Müsavatda mitinq komitəsinin iclası keçirildi

Sentyabr 13
23:46 2016
Bu gün Müsavat Partiyasında sentyabrın 18-nə təyin olunan mitinqə hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. 

Gülağa Aslanlının sədrliyi ilə keçirilən iclasda aksiyanın kütləviliyinin təmin edilməsi ilə bağlı təkliflərin qeydiyyatı aparılıb.

İclasda iş bölgüsü həyata keçirilib, komitə üzvlərinə müvafiq tapşırıqlar verilib.

Sədrlər Şurasının növbəti iclasının sentyabrın 15-də, saat 15:00-da keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Müsavat Partiyası Konstitusiyaya mürtəce dəyişikliklərə etiraz olaraq sentyabrın 18-də saat 17:00-dan 19:00-dək "Məhsul” stadionunda mitinq keçirəcək.///bastainfo.com
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook