SON XƏBƏR

Musavat partiyasının sentyabrın 18-nə təyin etdiyi mitinq ləğv oluna bilər

Sentyabr 12
01:29 2016
Azərbaycanda sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi- referenduma etiraz olaraq Musavat partiyasının ayın 18-nə təyin etdiyi mitinqin heç bir hüquqi əsası yoxdur.
 
Ölkə qanunvericiliyinə görə, Mərkəzi Seçki Komissiyasının qeydə almadığı təşviqat qrupları seçki əleyhinə təbliğat və əks-təbliğat apara bilməz. Musavat partiyasının yaratdığı "Respublika" referendum üzrə təşviqat qrupunu isə Mərkəzi Seçki Komissiyası qeydə almayıb. Ancaq BŞİH-i Musavat partiyasına sentyabrın 18-də mitinq keçirməyə icazə verib. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə, BŞİH-nin bu absurd qərarı hakimiyyətin qəzəbinə səbəb olub. BŞİH-nin Musavat partiyasına qeyri-qanuni olaraq verdiyi mitinq icazəsinə böyük ehtimala görə ilk iş günündə yenidən baxılacaq və çox güman ki, bu absurd qərar ləğv ediləcək.
 
Qeyd edək ki, sentyabrın 11-də Milli Şuranın "Məhsul" stadionunda keçirdiyi mitinqdən sonra hakim partiyanın nümayəndələri BŞİH-ni hüquqi savadsızlıqlarına görə sərt tənqid edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook