Müsavat Partiyasının mitinqinə icazə verildi
Sentyabr 15
20:53
2016
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının sentyabrın 18-də Bakı şəhəri, Yasamal rayonu, keçmiş "Məhsul” stadionunda keçirmək istədiyi mitinqə razılıq verib.
Bu barədə APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.
Mitinq saat 15:00-dən 17-00-dək keçiriləcək.
Qlobal.az



