SON XƏBƏR

Müsavat Partiyasının mitinqi başa çatdı

Sentyabr 18
16:34 2016
Musavat Partiyası metronun "İnşaatçılar" stansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda "Yaşasın Respublika!" şüarı ilə mitinq keçirdib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlıdır. Mitinqdə iştirak edən müxbirimiz bildirir ki, aksiyaya sakit atmosferdə start verilib və tədbirin sonuna qədər heç bir problem yaşanmayıb. 

Qlobal.az Musavat.com-a istinadən xəbər verir ki, tədbirdə Müsavat Partiyasının və ona yaxın olan qurumların üzvləri, ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirak edib. 

****
Musavat Partiyasının başqanı Arif Hacılı və eks başqan İsa Qəmbər tribunaya birlikdə çıxıblar. Mitinq Azərbaycan Respublikasının himni ilə açıq elan edilib.

***
Mitinqin aparıcısı Musavat Partiyasının başqan müavini Səxavət Soltanlı olub. Çıxış edənlər xalqı referendurum səsverməsində "Yox" deməyə səsləyiblər. 

Musavat Partiyasının eks başqanı İsa Qəmbər, keçmiş siyasi məhbus Yadigar Sadıqlı, vəkil Osman Kazımov və D18 hərəkatının lideri Ruslan İzzətli mitinqdə çıxış ediblər.
 
***
Musavat Partiyasının başqanı Arif Hacılı çıxışında ilk olaraq bütün maneələrə baxmayaraq mitinqə gələnlərə təşəkkür edib. A. Hacılı ölkədəki ictimai-siyasi vəziyyətdən, iqtisadi böhrandan danışıb və mövcud hakimiyyəti sərt tənqid edib. Musavat başqanı həbsdə olan siyasi məhbuslardan da bəhs edib.

***
Mitinq qətnamə oxunaraq başladığı kimi sakit şəkildə başa çatıb.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook