Mürsəl İbrahimov Səfərbərlik Xidmətində "islahat"a mebel dəyişməklə başladı
Avqust 21
12:02
2023
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Mürsəl İbrahimovun rəis təyinatı onun mebelləri yenilməsi ilə yadda qalmaqdadır. Hələ ki Xidmət rəisinin bu sahədə neqativ halları aradan qaldırmaq, islahatlar aparmaq, hərbi komissarlıqlarda nöqsanları aşkarlamaq yox, öz oturduğu binanın, xüsusən kabinetinin mebellərini dəyişməyə başı qarışıb. Görünür ki, keçmiş rəhbərin kreslosu, mebel invertarə xoşuna gəlməyib. Odur ki, gələr-gəlməz bir tender elan edərək otağını bəzəməklə məşğuldur. Anaxeber.info məlumat verir ki, Səfərbərlik Xidməti mebel invertarlarının satın alınması ilə bağlı tender elan edib. Tender sentyabrın 13-nə kimi davam edəcək. Buradan da məlum olur ki, Mürsəl İbrahimov üçün iş otağının vizual görünüşündən ibarətdir. Yəni kabinetdəki mebellər təzə, bər-bəzəkli, gözəgəlimli olsun, hər səhər işə gəlib otağına daxil olanda ürəyi açılsın, mebellər göz oxşasın. Ondan sonra bir qəhvə içib günə başlamaq, hərbi komissarlıqlarda hansı "işlər" getdiyini öyrənməyə başlamaq olar. Belə desək, bir biznesmen zehniyyəti...
Qeyd edək ki, Xidmət ötən il "Qardaşlar Mebel” MMC-dən 102 270,6 AZN dəyərində mebel invertarları alıb.