SON XƏBƏR

Muharrem İncə CHP-dən istefa verdi

Fevral 08
15:46 2021
Türkiyəli siyasətçi Muharrem İncə CHP-dən ayrıldığını açıqlayıb

Qaynarinfo xəbər verir ki, siyasətçi bu barədə bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.

"CHP indi sadəcə bir plakatdan ibarətdir. CHP ideoloji fırtınalar yaşayır. Bu gün yolayrıcında olduğumu bilirəm. ABŞ-dan demokratiya dilənənlərlə yolumu ayırıram. Mustafa Kamal deyən, ancaq Mustafa Kamal Atatürk deyə bilməyənlərdən ayrılıram. Yeni bir yola çıxırıq. Hədəfimiz 50 + 1% səsi toplamaqdır. Ad, loqo- hər şey hazırdır. Sosial media hesablarından tutmuş patent əməliyyatlarına qədər. "İYİ” Partiyasından sonra məclisdə ən çox millət vəkili olan partiya olacağıq. Əksəriyyəti siyasətlə məşğul olmayan, amma siyasətdə təcrübəli dostlarımız da var. Çox qısa müddətdə ən az 60 bölgədə təşkilatlanacağıq”,- deyə siyasətçi qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook