Müharibəyə qarşı olan Moskvanın baş ravvini Rusiyanı tərk edib
İyun 08
13:05
2022
"Moskvanın baş ravvini Pinxas Qoldşmidt Rusiyanı tərk edərək İsrailə köçüb”.
"Report” "News.israelinfo”ya istinadən xəbər verir ki, bu barədə baş ravvinin gəlini Avital Çijik-Qoldşmidt tviter səhifəsində yazıb.
Hazırda Pinsax Qoldşmidt icmanı İsraildən idarə edir.
Məlumata görə, baş ravvinin gəlini hazırda ABŞ-ın Nyu-York şəhərində yaşayır və jurnalist işləyir. Pinxas Qoldşmidt bu hadisəni şərh etməyib. O, bu yaxınlarda Moskva sinaqoqunun yenidən baş ravvini seçilib.
Bildirilib ki, Rusiyanın baş ravvini Berl Lazar da Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməkdən imtina etdiyi üçün təzyiqlərə məruz qalır. O, bununla belə, federasiya ərazisini tərk etməyib.



