Müharibə veteranları ilə bağlı yeni qərar verildi
Mart 31
13:28
2022
Nazirlər Kabineti müharibə veteranları ilə bağlı yeni qərar verib.
"Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Belə ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildiyi vaxtdan, 5 (beş) iş günündən gec olmayaraq, kağız və elektron daşıyıcıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsini təmin edəcəklər.



