Müəllim məşğələ və dərnəklərə ayrılan vəsaitlərin mənimsənildiyinə görə Prezidentə müraciət etdi - VİDEO
Mart 07
06:11
2020
Şəki rayon Göybulaq kənd orta məktəbinin müəllimi Çərkəzov Tural Sabir oğlu çalışdığı məktəbdə baş verən qanunsuzluqlar barədə Prezident İlham Əliyev cənablarına müraciət edib.
Qlobal.az xəbər verir ki, Tural Çərkəzov şikayətində Şəki rayon Göybulaq kənd orta məktəbinin direktoru Məhəmməd Əyyubovun və dərs hissə müdiri Könül Bəkirovanın Təhsil nazirliyinin məşğələlərə və dərnəklərə ayırdığı vəsaitləri mənimsədiyini iddia edir: "Məktəbimizdə nə məşğələlər, nə də dərnəklər keçirilir. Dövlətin məşğələlərə və dərnəklərə ayırdığı vəsaitləri bunlar mənimsəyirlər. Bir müəllim dörd fəndən dərs deyir. Qeyri-ixtisas müəllimləri qeyri-ixtisas dərsləri deyirlər. Buna sübut kimi məktəbdəki jurnallar cırıldığını göstərə bilərəm. Müəllimlər əldən-ələ pul alırlar. Jurnalda ixtisas müəllimlərinin adı gedir, amma dərsləri qeyri-ixtisas müəllimləri deyir".
T. Çərkəzov bu barədə aidiyyatı qurumlara müraciət etdiyini bildirir.
"Baş verənlər barədə Şəki rayon Təhsil Şöbəsinə, Təhsil naziri cənab Ceyhun Bayramova, Oğuz rayon 4 saylı Ərazi Maliyyə Mərkəzinin rəisinə bildirmişəm. Amma bir aya yaxındır ki, heç bir nəticə yoxdur"-deyə, qeyd edir.
Yeni Azərbaycan Partiyasının üzvü olduğunu bildirən Tural Çərkəzov sonda bir müəllim və valideyn kimi Prezident İlham Əliyevə müraciət edərək lazmı tədbirlərin görülməsini xahiş edir.
Qeyd edək ki, Şəki rayon Göybulaq kənd orta məktəbinin müəllimi Çərkəzov Tural Sabir oğlunun müraciətinin Media.tv yayıb.
Qlobal.az