"Müdrik qardaşım Patriarx Kirillə Azərbaycan xalqı adından minnətdarlığımı ifadə edirəm" - QMİ sədri
Dekabr 08
17:20
2022
30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, dağıdılmış şəhər və kəndlərimizi, məscidlərimizi bütün dünya, bu gün burada iştirak edən bəzi qonaqlar öz gözləri ilə görüb.
"Azərbaycan xalqı Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə BMT-nin 4 qətnaməsinin tələblərini yerinə yetirərək beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməsinin ikinci ildönümünü qeyd etdi. 30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, dağıdılmış şəhər və kəndlərimizi, məscidlərimizi bütün dünya, bu gün burada iştirak edən bəzi qonaqlar öz gözləri ilə görüb. Bu gün Azərbaycan dövləti azad Qarabağda dini-mənəvi abidələrimizi bərpa və yenidən qurur. Qalib Azərbaycan bölgədə sülhə çağırır və iqtisadi layihələrlə çıxış edir, lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən revanşizm təzahürləri səngimir. Erməni kilsəsinin də bu prosesdə iştirakı təəssüf doğurur”, - QMİ sədri vurğulayıb.



