Müdafiə və milli təhlükəsizlik xərcləri 16%-dən çox artırılır
Noyabr 05
13:12
2021
Azərbaycanda 2022-ci ildə müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması üçün dövlət büdcəsindən 6,852 milyard manat xərclənəcək.
Qlobal.az "Report"a istinadla xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, gələnilki büdcə xərclərinin 22,9%-i deməkdir, 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2,6% çoxdur.
Həmin vəsaitin 2,89 milyard manatı müdafiə və milli təhlükəsizlik üçün, 2,362 milyard manatı isə məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması nəzərdə tutulub. Bunlar isə illik müqayisədə müvafiq olaraq 16,3% və 12,9% çoxdur.