SON XƏBƏR

Müdafiə Nazirliyinin generalı həbs olundu

Mart 02
21:51 2022
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub.

Qlobal.az APA-ya istinadla xəbər verir ki, general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə N. Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İlkin məlumata görə, Nizami Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook