Müdafiə nazirliyindən xəbərdarlıq
Noyabr 03
10:13
2025
3-7 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.



