"Mübariz Tağıyev çox ədalətsiz insanmış..." - VİDEO
Yanvar 24
18:18
2016
ANS-in aparıcısı Elgiz Əkbər Xalq artisti Mübariz Tağıyevi ədalətsiz adlandırıb.
Qlobal.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı müğənninin münsif olduğu "Səs Azərbaycan" layihəsinin "Döyüşlər" mərhələsində Natella Mixaylova adlı iştirakçını uzaqlaşdırmasını qınayıb:
"Mübariz Tağıyev çox ədalətsiz insanmış. İki tələbəsinin əziyyətini qiymətləndirərkən bəlkə də həyatında ən böyük haqsızlığı etdi. 60 yaşlı evdar xanımın ömrünün qürub çağında böyük səhnədə cıxış etmək arzusunu heçə endirdi. Yaşına baxmayaraq gözəl ifa, əla pərformans nümayiş etdirən xanımı yarışmadan uzaqlaşdırdı. Neçə dəfə ondan üzr istəyib, əlini öpdü. Sonra da "sən get" dedi. Yəqin Ozanı yarışmada saxlamaqla, kiminsə könlünü xoş etmək lazım idi. Ola bilər yaxşı qohumları var. Yaşlı qadını və onun uşaqlarını gözüyaşlı etməyi heç Mübariz müəllimə yaraşdırmadım. Ozan gəncdir və istedadlıdır. Onun parlamaq üçün zamanı çoxdur. Ancaq yaşlı istedadlı xanımın son şansını heç etmək, onun qəlbini parçalamaq məncə böyük günah idi. Elə pis oldum ki, təzyiqim 160-a qalxdı. Ağlamaqdan özümü saxlaya bilmədim. Mübariz müəllim çox ədalətsiz insansınız".