SON XƏBƏR

“Muğanbank” bu şirkəti yenidən məhkəməyə verdi

İyun 14
10:34 2022
"Muğanbank” ASC "Daşınar və daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi” MMC ilə bağlı yenidən məhkəməyə müraciət edib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə bank Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, "Muğanbank” maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

İddia hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: "Muğanbank” daha əvvəl eyni iddia ilə həmin şirkəti məhkəməyə verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook