“MTRŞ-nı Audiovizual Şura əvəzləyəcək” - İsmət Səttarov
Dekabr 14
17:08
2021
"Media haqqında” qanun layihəsinə əsasən, Milli Televiziya və Radio Şurasının funksiyalarını Azərbaycan Respublikasının Audioviziual Şurası yerinə yetirəcək. Başqa sözlə, Milli Televiziya və Radio Şurasının adının Azərbaycan Respublikasının Audiovizual Şurası olaraq dəyişdirilməsi təklif olunur”.
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov bildirib.
MTRŞ sədri deyib ki, layihədə qurumun səlahiyyətlərinin artırılması nəzərdə tutulmur, sadəcə, Audiovizual Şuranın tənzimləmə sahəsi bir qədər geniş olacaq: "Artıq könüllü olaraq "Media haqqında” yeni qanunauyğun olaraq fəaliyyət göstərmək istəyən internet telekanalların fəaliyyəti Audiovizual Şura tərəfindən tənzimlənəcək. Ancaq bu halda qurumun səlahiyyətinin artırılması, yaxud azaldılması məsələsi yoxdur”.



