MTRŞ: “ANS fəaliyyətini bərpa edə bilməz”
Avqust 18
17:43
2016
"ANS televiziyası fəaliyyətini bərpa edə bilməz. Çünki iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS telekanalının lisenziyasının ləğvi ilə bağlı Milli Teleradio Şurasının iddiasını təmin edib”.
ANS-ÇM radiosunun fəaliyyətinə gəlincə, "MTRŞ iyulun 18-də bu radioya verilmiş lisenziyanın qüvvəsini itirməsi ilə bağlı qərar verib və radio da fəaliyyətini bərpa edə bilməz”, – deyə Toğrul Məmmədov qeyd edib.
Bu barədə Milli Teleradio Şurasının aparat rəhbəri Toğrul Məmmədov "Turan”a bildirib.
Xatırladaq ki, Milli Teleradio Şurası (MTRŞ) iyulun 18-də ANS televiziyasının yayımını bir ay müddətinə dayandırıb və lisenziyasına xitam verilməsi üçün
məhkəməyə müraciət edib.

Qlobal.az