SON XƏBƏR

“MTN işi”ndə nöqtə qoymaq hələ tezdir

Yanvar 05
18:09 2016
Bütün baş verənlərdən sonra Eldar Mahmudovla bağlı hamının gözlədiyi həbs qərarının verilməməsini nə ilə izah edərdiniz?
 
Sanki devalvasiya şoku cəmiyyətin diqqətini MTN olaylarından yayındırdı. Bu ehtimalımızın həqiqət payı nə qədərdir?
 
Təhlükəsizlik məsələləri ilə bağlı tanınmış ekspert, keçmiş MTN polkovniki İlham İsmayıldan aşağıdakı cavabı verib: "Üç aya az qalıb ki,”MTN işi” ölkənin gündəmindədir. Baxmayaraq ki, ölkənin gündəmi tez – tez dəyişən hadisələrlə zəngin olub, amma bu "iş” hələ aktuallığını saxlayır. Bunun iki səbəbi var: birincisi, bu müddət ərzində az qala hər gün bir MTN generalı həbs edilib, vəzifədən uzaqlaşdırılıb, tez – tez yeni cinayətləri üzə çıxıb və hələ bitməyib. Təcridxanada bu "işin” əsas fiqurlarından biri rəsmi açıqlamaya görə intihar edib, ardınca kamera yoldaşı da eyni "yolu” seçib. MTN rəhbərliyinə yaxın olanlar da hədəfdədirlər – işdən çıxarılır, təqib olunur və sairə. Gündəlik mətbuatda bu baxımdan hələ "MTN işi” də, istintaq da davam edir, hələ qarşıda çox cinayətlərin üzə çıxması və əlahəzrət məhkəmə var…
 
İkincisi, cəmiyyət ən əsas fiqur – Eldar Mahmudov haqqında hər gün xəbər gözləyir. Bu gözlənti daha çox onun həbs edilməsi ilə bağlıdır, buna da obyektiv baxmaq lazımdır.., amma birmənalı olaraq təkcə həbs xəbəri gözlənilmir. Düzdür, bəzən jurnalist dostlarımız tələsib, öz yanlarından E.Mahmudov barəsində "həbs qəti imkan tədbiri” seçirlər, amma həqiqəti əks etdirmədiyi hamımıza məlumdur. İncələyinə varmadan deyə bilərik ki, çox şeylər ola bilər, hətta gözləmədiklərimiz də…
 
Nəzərə alın ki, MTN-in "əli uzun” olub. Ölkənin daxilindəki məsələlərdən tutmuş, xaricdəki fəaliyyətinə qədər, üstəgəl pul məsələsi və bilmədiklərimiz. Məhz sonuncu – yəni bilmədiklərimiz, açar rol oynaya biləcək bilmədiklərimiz var. Ona görə hələ "MTN işi”ndə nöqtə qoymaq tezdir. Hətta deyərdim ki, nöqtə zaman etibarıyla çox gec qoyula bilər…”
 
(Moderator.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook