SON XƏBƏR

MTN-də həbs edilən qadın general kimdi?

Oktyabr 19
22:55 2015
Milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunduqdan az sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin Mili Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat keçirdiyi barədə məlumat vermişdik.
 
Qlobalinfo.az Teref.info-ya istinadən xəbər verir ki,  əməliyyat nəticəsində MTN-nin Monitorinq Xidmətinin rəsisi general Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev və bir neçə başqa generalın həbs olunub. Mediada yayılan məlumatlara görə, nazir müavini general Hilal Əsədov da həbs olunub. İstiqlal.az- a daxil olan məlumata görə, həbs olunan generallar arasında qadın da var. Həmin generalın adı Natavan Mürvətovadır.
 
Onun MTN-nin Əməliyyat Texniki idarəsinin rəisi olduğu bildirilir. Natavan Mürvətova 2009-cu ildə general-mayor rürbəsi verilib. 2013-cü ildə isə o, "Vətən uğrunda" medalı ilə təltif olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook