MTN-də daha bir general işdən qovuldu
Oktyabr 28
22:24
2015
Azərbaycan milli təhlükəsizlik nazirinin vəzifələrini icra edən general-leytenant Mədət Quliyevin əmri nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov vəzifəsindən azad edilib.
Qlobalinfo.az xəbər verir ki, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Xaırladaq ki, Nizami Şirinov bu vəzifəyə təyin olunana qədər Prezident yanında Xüsusi İdarənin əməkdaşı olub.



