SON XƏBƏR

MSK xarici müşahidəçilərlə bağlı açıqlama yaydı

Avqust 15
14:11 2016
"Referendumla bağlı seçkiləri müşahidə edəcək xarici nümayəndə və müşahidəçilər akkreditasiyaya  görə hələ ki, MSK-ya müraciət etməyiblər”.
 
Bu barədə Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədov məlumat verib.
Komissiya rəsmisi xarici müşahidəçilərin müraciət edəcəkləri tarixi də açıqlayıb:
 
"Sekçiyə 20-25 gün qalmış xarici müşahidəçilərin akkreditasiya ilə bağlı MSK-ya müraciət edəcəkləri gözlənilir.
Hələ ki, heç bir xarici təşkilat referendumu müşahidə məqsədi ilə qeydiyyatdan keçmək istədiyini bildirməyib”.
 
Xatırladaq ki, 26 sentyabrda Konstitusiya dəyişikləri ilə bağlı Azərbaycanda referendum baş tutacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook