MSK: Seçkilərdə Paşinyanın partiyası liderdir
İyun 21
02:17
2021
Ermənistanda dünən keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası qalib olub.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Qeyd edilir ki, seçki məntəqələrinin 437-nin yaxıd 21 %-nin nəticələrinin hesablanmasından sonra Paşinyanın partiyasının 59,49 % seçici səsi topladığı məlum olub. Seçkilərdə onun əsas rəqibi olan Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" blokuna isə 18,14 % seçici səs verib.
Ermənistanda seçki günü 2 008 seçki məntəqəsi fəaliyyət göstərib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident - atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib.
20.06.2021. 23:25
Rəsmi məlumata görə, Paşinyanın rəhbəri olduğu siyasi təşkilat seçicilərin 58,04 %-nin səsini toplayıb. Siyahıda ikinci yerdə sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku qərarlaşıb. Onun partiyası seçicilərin 22,01 %-nin səsini qazanıb.
Qeyd edək ki, bunlar ilkin nəticələrdir. Hələlik 2 008 seçki məntəqəsinin 80-də bülletenlər hesablanıb.



