MSK Rəşad Camalovun namizədliyini ləğv edib, Fərəc Quliyevlə bağlı şikayətə baxır
Fevral 05
17:00
2020
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 46 saylı Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib...
MSK hazırda 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Fərəc Quliyevlə bağlı şikayət baxır.
MSK-nın qərarına əsasən, DSK məsələyə yenidən baxacaq.
Bu qərar R. Camalovun ikili vətəndaşlığına dair iddialarla əlaqədar qəbul edilib.
MSK hazırda 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Fərəc Quliyevlə bağlı şikayət baxır.
Qeyd edək ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F. Quliyevlə danışığının səs yazısını yayıb.
Səs yazısında F. Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklifi əksini tapıb.



