MSK hərbçilər qarşısında təşviqat aparan namizədlərə xəbərdarlıq edib
Fevral 01
16:22
2020
Mərkəzi Seçki Komissiyası (MSK) hərbçilər qarşısında təşviqat aparan zaman qanunun tələblərini pozan deputatlığa namizədlərə xəbərdarlıq edib.
"Report" xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul olunub.
MSK üzvü Tofiq Həsənov bildirib ki, bəzi namizədlər hərbçilər qarşısında təşviqat kampaniyası aparan zaman tələbləri pozurlar.
İclasda müzakirələrdən sonra bununla bağlı namizədlərə xəbərdarlıq edilməsi barədə qərar qəbul edilib.



