SON XƏBƏR

Moskvanın bütün planları alt-üst oldu

May 11
08:43 2016
May ayının əvvəllərində Ukrayna regionlarında destabilizasiya yaradılması üçün Rusiya tərəfindən böyük məbləğlər xərclənib.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Radasının spikeri Andrey Parubiy söyləyib. Onun sözlərinə görə, hüquq mühafizə orqanlarının səyi nəticəsində Moskvanın bütün planları alt-üst oldu:
 
"Rusların əlində şəhərlərdə provokasiya törədilməsi üçün heç bir şans qalmadı. Destabilizasiyaya səbəb olacaq istənilən cəhdin qarşısı hüquq mühafizə orqanları tərəfindən alındı”.
 
Qeyd edək ki, Parubiy bundan öncə ölkədə rusiyayönlü qüvvələrə destabilizasiya yaradılması üçün əmr gəldiyini bildirib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook