SON XƏBƏR

Moskvada təyyarə qəzası - 71 nəfər öldü, cinayət işi açıldı

Fevral 11
17:18 2018
Moskva vilayətində "An-148" təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.
 
"Report” xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.
 
"Moskva vilayətində "An-148" sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar "Ehtiyatsızlıqdan iki və daha çox insanın ölümü ilə nəticələnən hava nəqliyyatının istismar və təhlükəsiz hərəkəti qaydalarının pozulması" maddəsində nəzərdə tutulan cinayət əlamətləri üzrə cinayət işi açılıb", - deyə o bildirib.
 
Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "An-148" təyyarəsi Moskvadan Orsk şəhərinə uçarkən Ramenski rayonunun Arqunovo kəndində qəzaya uğrayıb. Təyyarə Domodedovo hava limanından uçduqdan iki dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları səmadan aşkar edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook