SON XƏBƏR

Moskva KTMT çərçivəsində Azərbaycan və Ermənistana kömək təklif etdi

May 19
14:27 2021
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın KTMT çərçivəsində Azərbaycana və Ermənistana sərhəd məsələsində yardım təklif etdiyini bildirib. 

Qaynarinfo MK.ru-ya istinadla xəbər verir ki, təklif xüsusilə Qaragöl münaqişəsinə aiddir. Rusiya, Moskvanın vasitəçi kimi çıxış edəcəyi Ermənistan-Azərbaycan sərhəd demarkasiya komissiyası yaratmağı təklif edir.

Xatırladaq ki, İrəvan mayın 12-də Azərbaycan qoşunlarının "saxta xəritələrdən istifadə edərək sərhədi çəkmək bəhanəsi ilə” Ermənistan ərazilərinə soxulduğunu bildirib. "Azərbaycanın təcavüzkarlığını dayandırmaq” üçün Ermənistan hakimiyyəti KTMT-yə müraciət edib.

Azərbaycan ortada xüsusi bir şey olmadığını bildirib və KTMT-yə müraciəti əsassız saydığını bəyan edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook