SON XƏBƏR

"Montrö Konvensiyası ilə müəyyən edilən status-kvo qorunmalıdır" - Türkiyə MN

Aprel 01
13:51 2022
"Biz Rusiya ilə Ukrayna arasında həm regionumuzun, həm də dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradan hadisələri diqqətlə izləyirik”.

"Report” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.

"Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq hüquqa zidd olan bu vəziyyətin diplomatik yolla həllinə çağırışımızı bir daha təkrarlayır, itkilərin qarşısını almaq, əmin-amanlıq və sabitliyin təmin edilməsi üçün təcili atəşkəs elan edilməsinin vacibliyini vurğulayırıq”, - nazirlikdən bildirilib.

"Hesab edirik ki, Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün Montrö Konvensiyası ilə müəyyən edilmiş status-kvo qorunmalıdır. Türkiyə konvensiyanı hər zaman diqqətli, məsuliyyətli və qərəzsiz həyata keçirib. Mövcud şəraitdə Montrö Konvensiyası şəffaf şəkildə həyata keçiriləcək və müqavilənin tələblərinin yerinə yetirilməsi davam etdiriləcəkdir”, - qurumdan qeyd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook