Monteneqroda Azərbaycan bankı fəaliyyətə başladı
Fevral 27
17:21
2016
Monteneqronun Mərkəzi Bankı "Azmont banka" təşkilatına bank fəaliyyəti göstərmək üçün lisenziya vermək barədə qərar qəbul edib.
Report "BalkanPro" portalına istinadən xəbər verir ki, bu, ölkə ərazisində fəaliyyət göstərəcək 15-ci bank olacaq.
"Azmont banka" Boka-Kotor buxtası sahillərində yerləşən Kumbor qəsəbəsindəki "Portonovi" tikinti kompleksi layihəsinə xidmət göstərməyə başlayacaq.
Bankın "Azmont Investments" layihəsinin (Azərbaycan-Monteneqro şirkəti) azərbaycanlı investoru tərəfindən "Azerbaijan Global Investments" (AGI) şirkəti ilə tərəfdaşlıq şəraitində yaradıldığı bildirilir.
"Portonovi" Monteneqro ərazisində iri layihələrdən biridir. Kompleks "One&Only" oteli, spa-mərkəzi, super-yaxtalar üçün liman, iqamətgah, villa və evlər, mağaza və restoranlardan ibarət olacaq. Mehmanxananın 2018-ci ilin yayında istifadəyə veriləcəyi gözlənilir.
Qlobal.az