SON XƏBƏR

Monitorinq Komitəsi Azərbaycanda media haqqında qanunu dəyərləndirməyi xahiş edir

Fevral 08
10:12 2022
Fevralın 2-də Venesiya Komissiyasına Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin sədri cənab Piero Fassinonun sorğusu daxil olub. O, Azərbaycanda media haqqında yeni qanunla bağlı Venesiya Komissiyasının rəyini istəyib. Bu barədə Venesiya Komissiyasının saytındakı məlumatda deyilir.

Xatırladaq ki, bu qanun ekspertlər və jurnalistlərin tənqidlərinə baxmayaraq, üçüncü oxunuşda qəbul edilib.

Lakin sənəd hələ ki qüvvəyə minməyib, çünki dövlət başçısı imzalamayıb.(Turan)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook