SON XƏBƏR

Moldovanın sərnişin təyyarəsi Türkiyədə saxlanılıb

İyun 06
02:10 2022
Türkiyənin Antalya hava limanında Moldovaya məxsus sərnişin təyyarəsi "Air Moldova” aviaşirkətinin borclarına görə saxlanılıb. "Report”un məlumatın görə, Kişinyova digər reyslər də ləğv edilib.

"Air Moldova” bildirib ki, uçuşlarla bağlı problemlər türk provayderin aviaşirkə qarşı iddia edilən müqavilə borclarına istinad etməsi ilə bağlıdır. Eyni zamanda "Air Moldova” borcun ödənildiyini vurğulayır.

Təyyarə ilə bağlı insident səbəbindən sərnişinlər hava limanında 9-14 saat vaxt keçiriblər. "Air Moldova” səenişinlərdən üzr istəyib və problemi həll etdiklərini bildirib.
Kişinyov Beynəlxalq Hava Limanında onlayn uçuşlar və enişlər şurasının məlumatına görə, Antalyadan beş reys ləğv edilib, biri isə gecikib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook