Moldovada xarici kəşfiyyat şəbəkəsi ifşa olundu
Fevral 23
15:24
2023
Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti (SİB) respublikada fəaliyyət göstərən xarici kəşfiyyat şəbəkəsini ifşa etdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Beş nəfər istintaq altındadır: Moldova vətəndaşları, onlardan ikisi 2022-ci ilin dekabrında saxlanılaraq həbs edilib, daha üç nəfər şübhəli şəxs statusundadır. Onlar cinayət məcəlləsində Moldova Respublikasına qarşı düşmənçilik fəaliyyəti kimi təsvir edilən hərəkətlərə, habelə eləcə də zorakılıq tətbiq etməklə dövlətin konstitusiya quruluşunu pozmağa yönəlmiş sabitliyi pozan hərəkətlərə kömək etmək üçün üçüncü ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən cəlb ediliblər”, - SİB-in bəyanatında deyilir.
Xarici vətəndaşlar da, müstəntiqlərin fikrincə, Moldovadan olan mühacirlərin təxribat fəaliyyətini maliyyələşdirən və onlara rəhbərlik edənlər respublikanın hüquq-mühafizə orqanlarının nəzərindədir. Bu qrup 2020-ci ildən araşıdırılır. SİB hesab edir ki, onlar kütləvi etiraz aksiyalarının təşkilində və etnik ədavətin qızışdırılması ilə məşğul olublar.
SİB casusların hansı ölkəyə işləməsi haqda məlumat verməyib.