Moldovada Aİ-yə üzvlüklə bağlı referendum təyin edildi
![](https://qlobal.az/photo/680x365/2024-05/1715918950_24f69e1f-5ba7-4009-bc93-e0ba11986f42.jpg?1722041707)
May 17
08:08
2024
Moldova parlamenti respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı konstitusiya referendumunun keçiriləcəyi tarixi açıqlayıb.
"Konstitusiya üzrə respublika referendumu 2024-cü il oktyabrın 20-nə təyin edilsin”, - deyə qərarda bildirilib. (Mənbə: TASS)
Bu qərarı hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatları qanunverici orqanın iclasında qəbul ediblər.