Moldova Putinin göndərdiyi səfiri tanımır - 5 aydır Rusiya səfirinə rəsmi status verilmir

Fevral 28
13:55
2025
Moldova Rusiyanın yeni səfiri Oleq Ozerova akkreditasiya vermir.
"AzPolitika” xəbər verir ki, yerli televiziyaya açıqlama verən Moldova XİN başçısı Mixay Popsoi bunu Kremlin Kişinyovun ünvanına səsləndirdiyi "qeyri-dost bəyanatlar”la əlaqələndirib.
Bundan öncə Prezident Maya Sandu bəyan edib ki, Kreml rəsmiləri Moldovanın bir dövlət kimi mövcudluğunu şübhə altına alarkən, Rusiya nümayəndəsinin etimadnaməsini qəbul etmək mümkün deyil.