Model sevgilisini döyməkdə ittiham edilən Ziya Hüseynzadə işdən çıxarıldı
İyun 01
12:21
2023
"Miss Azərbaycan-2017"nın qalibi, model Razi Əliyevanı döyən Ziya Hüseynzadə işdən çıxarılıb.
Qlobal.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə bloqer Aysel Şükür paylaşım edib.
Paylaşımda bildirilir ki, "Softline İnternational” MMC və "Softline Trade” MMC-nin direktoru Ziya Hüseynzadə təsisçilərin etimadını itirdiyi üçün onunla əmək müqaviləsinin müddətinin uzadılmamasına qərar verilib.
Hazırda Z.Hüseynzadə barəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsinə uyğun olaraq, onun əməllərinə qiymət veriləcək və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.